Meksikada təcili yardım təyyarəsi qəzaya uğradı: Ölənlər var

Meksikanın Morelos əyalətində təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb.

Nəticədə 4 nəfər həlak olub.

Təyyarə Temiksko şəhərinin Tetlama qəsəbəsi yaxınlığında meşəlik əraziyə düşüb. 4 ekipaj üzvünün hamısı həyatını itirib.

Qəzanın səbəbi hələ məlum olmasa da, Morelos Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı araşdırma başladılıb.

Meksikada təcili yardım təyyarəsi qəzaya uğradı: Ölənlər var
  • Sosial şəbəkədə paylaş