Türkiyə süni intellektdən istifadə edərək lazer silahı hazırlayıb

Türkiyədə süni intellekt elementlərindən istifadə edilərək lazer silahı hazırlanıb.

Qeyd olunur ki, bu, “Roketsan” tərəfindən yaradılmış ALKA - yönləndirilmiş enerji silah sistemidir.

“ALKA düzgün süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. O həmçinin asimmetrik təhlükələrə qarşı mübarizə aparmaq üçün elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir”, - istehsalçı şirkətin nümayəndəsi bildirib.

ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.
  • Sosial şəbəkədə paylaş