“The Wall Street Journal” qəzetinin müxbiri həbs edildi: Casusluqda ittiham olunur

Moskvanın Lefortovo məhkəməsi Yekaterinburqda saxlanılan ABŞ vətəndaşı, “The Wall Street Journal” (WSJ) qəzetinin jurnalisti Evan Gerşkoviçi casusluq ittihamı ilə həbs edib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məhkəmə özü isə şərh verməkdən qəti şəkildə imtina edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Gerşkoviçin işinə “tam məxfi” qrifi vurulub. O özü isə təqsirini boynuna almır.
  • Sosial şəbəkədə paylaş