Parisdə Heydər Əliyevin 100 illiyi qeyd olunub

Fransanın paytaxtı Parisdə müasir Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə baş tutan konsertdə fransalı siyasətçilər, elm xadimləri, iş adamları, jurnalistlər və yerli ictmaiyyətin digər nümayəndələri iştirak ediblər.
  • Sosial şəbəkədə paylaş