Rusiya ordusu Toretskə zərbə endirib, dinc sakinlər dağıntılar altında qalıb

Rusiya ordusu Donetsk vilayətinin Toretsk şəhərinə raket zərbələri endirib, dinc insanlar dağıntılar altındadır - xilasetmə əməliyyatı davam edir", - deyə məlumatda bildirilir.

Bu barədə Donetsk vilayətinin qubernatoru Pavel Kirilenko məlumat verib.

"Hazırda Toretsk atəşlər altındadır. Raketlər iki binaya düşüb. İlkin məlumata görə, üç nəfər dağıntılar altındadır - xilasetmə əməliyyatı davam edir", - deyə məlumatda bildirilir.

Qeyd etmək lazımdır k, ötən sutka ərzində Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Ümumilikdə, Rusiyanın Donetsk vilayətinə hərbi müdaxiləsi başlayandan bəri 570 dinc sakin həlak olub, ən azı 1494 nəfər yaralanıb.
  • Sosial şəbəkədə paylaş