Çin Xalq Azadlıq Ordusu bazar ertəsi Tayvana 30 döyüş təyyarəsi və 5 döyüş gəmisi göndərib.
Aciqsoz.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tayvan adası Müdafiə nazirliyi məlumat yayıb.
"Saat 17:00-a olan məlumata görə, Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun 5 gəmisi və 30 təyyarəsini aşkar edib, onlardan 15-i Tayvan boğazının orta xəttini keçib", - deyə adanın Müdafiə nazirliyi tvitində bildirib.
Qeyd olunur ki, “orta xətt” adlanan ərazini keçən hərbi təyyarələr arasında bir Z-9 sualtı əleyhinə helikopter, səkkiz Su-30 qırıcısı, dörd J-16 və iki J-11 təyyarəsi də olub.
Agentliyin məlumatına görə, Tayvan vəziyyəti izləmək üçün hava patrulu göndərib və həmçinin zenit-raket sistemlərini yerləşdirib.
Çin Müdafiə Nazirliyinin sözçüsü U Tsyan ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətinin adaya səfərinə cavab olaraq Çin ordusunun yenidən Tayvan ətrafında hərbi təlimlər keçirdiyini söyləyib.
Qeyd edək ki, senator Ed Markinin başçılıq etdiyi ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti bazar günü iki günlük səfər üçün Tayvana gəlib.