İrəvandakı partlayışdan sonra itkin düşənlər arasında İran və Rusiya vətəndaşları var

İrəvandakı partlayışdan sonra itkin düşənlərin sayı 22-yə çatıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində itkin düşənlərin arasında altı İran, bir Rusiya vətəndaşı da var.

19:37

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə bazar ertəsi axşam Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan özünün “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından yenicə daha bir kişi meyiti çıxarılıb.

“Hazırda yeddi ölü var. Axtarış-xilasetmə işləri davam edir”, - idarənin nümayəndəsi bildirib.

Mənbə: Sputnik Armenia
  • Sosial şəbəkədə paylaş