Mardində yol qəzasında ölənlərin sayı artıb

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə yerli mətbuat xəbər yayıb.

Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. “Hadisə bütün təfərrüatı ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək”, - Soylu bildirib.

Qeyd edək ki, qəza bir neçə avtomobilin, o cümlədən yük maşınının toqquşması ilə baş verib.
  • Sosial şəbəkədə paylaş