Avropa Liqası: “Qarabağ” ilk qələbəsini darmadağınla qazandı

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.

Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.

G qrupunun digər matçında Almaniya "Frayburq"u Yunanıstanda 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. "Nant" və "Qarabağ"ın 3 xalı var. Sonuncu sıradakı "Olimpiakos"un isə xalı yoxdur.
  • Sosial şəbəkədə paylaş