“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin”

“Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo!”

Вunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib:

“Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm”.
  • Sosial şəbəkədə paylaş