Ermənistanın XİN başçısı ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək.

Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Məlumata görə Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.

A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir.
  • Sosial şəbəkədə paylaş