Aİ-nin xüsusi nümayəndəsi bu gün Ermənistan-Azərbaycan sərhədinə gələcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün İrəvana səfər edəcək.

“Səfərimin məqsədi iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək olmaqdır”, - deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi öz “Twitter”ində qeyd edib.

T.Klaarın gündəliyinə həmçinin Ermənistan-Azərbaycan sərhədinə yollanmaq, oradakı son vəziyyətlə tanış olmaq daxildir.
  • Sosial şəbəkədə paylaş