Tehranda həbsxanadakı atışma və yanğında 8 nəfər yaralanıb

İranın paytaxtı Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralanıb.

Bildirilib ki, olayda ölən olmayıb.

Həbsxanada siyasi məhbuslarla yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.

Yerli dövlət KİV isə qeyd edib ki, həbsxanada vəziyyət nəzarət altına alınıb.

Mənbə: “Reuters”
  • Sosial şəbəkədə paylaş