Sankt-Peterburqda anbar yanıb: 12 min kvadratmetr sahə od tutub

Rusiyanın Sankt-Peterburq şəhərində tikinti materialları anbarında yanğın baş verib.

Oktyabrın 25-də axşam saatlarında başlayan güclü yanğın divarın bir hissəsinin və 9 min kvadratmetr dam örtüyünün uçmasına səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsi məlumat verib.

Yanğın 12 min kvadratmetr sahəni əhatə edib.

İlkin məlumatlara görə, ölən və yaralanan olmayıb.

Sankt-Peterburqun Kolpinski rayonu Prokurorluğu yanğınla bağlı araşdırmalara başlayıb.
  • Sosial şəbəkədə paylaş