Bakıda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

19:40

Hazırda Heydər Əliyev Mərkəzində Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Türkiyənin Cümhuriyyət bayramı qeyd olunur.

Тədbirə Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanılıb.

1200 qonağın dəvət olunduğu tədbirdə iştirakçılar arasında ictimai xadimlər, deputatlar, hərbçilər və mətbuat nümayəndələri var.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu səsləndirib.
  • Sosial şəbəkədə paylaş