ABŞ-dan Rusiya və Ukrayna müharibəsi ilə bağlı növbəti AÇIQLAMA

ABŞ Rusiya-Ukrayna danışıqlarına ehtiyac olduğunu düşünür və müharibənin diplomatik yolla sona çatacağına ümid edir.

Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culianna Smit bildirib.

O qeyd edib:

“Prezidentimiz indicə dedi ki, bu müharibəni razılaşma əldə etməklə başa çatdırmaq lazımdır. Lakin biz istəyirik ki, danışıqlar masası arxasına oturmaq üçün şərtləri müəyyən etmək Ukrayna Prezidenti Zelenskinin səlahiyyətində olsun, danışıqların şərtlərini o, müəyyən etsin”.
  • Sosial şəbəkədə paylaş