DÇ-2022: Niderland Seneqala iki qolla qalib gəldi

Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyunu başa çatıb.

Qarşılaşma Niderlandın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 85-ci dəqiqədə Kodi Qakpo, 90+9-cu dəqiqədə isə Devi Klaasen vurub.
  • Sosial şəbəkədə paylaş