Avropanın yeddi ölkəsinin xarici işlər nazirləri Kiyevə yollanıblar

Bu gün Avropanın yeddi ölkəsinin - Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Kiyevə gediblər.

Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs öz “Twitter” səhifəsində yazıb.

“Şimali Baltikyanı ölkələrin xarici işlər nazirləri Kiyevə səfər edir və Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə görüşürlər. Bu, Rusiya təcavüzü başlayandan bəri Ukraynaya səfər etmiş ən böyük nazirlər qrupudur. Əsas məsələ - Ukraynanı bundan sonra necə dəstəkləməli”, - deyə Rinkeviçs bildirib.
  • Sosial şəbəkədə paylaş