DÇ-2022-nin ən yaxşı qolu məlum oldu - FOTO

Futbol üzrə 2022-ci il dünya çempionatının ən yaxşı qolu məlum olub.

Braziliyanın Serbiyaya 2:0 hesabı ilə qalib gəldiyi oyunda Riçarlisonun vurduğu qol Dünya Çempionatının ən yaxşısı seçilib.

FİFA-nın verdiyi məlumata görə, azarkeşlərin səsverməsində rəqiblərini üstələyən Riçarlison Qətərdə keçirilən Dünya Çempionatında ən yaxşı qolun müəllifi seçilib.

Braziliyalı futbolçu bu qola G qrupunda Serbiya ilə keçirilən oyunun 73-cü dəqiqəsində imza atıb. Riçarlison Vinisius Juniorun sol cinahdan penalti nöqtəsinə doğru yönəltdiyi topa dəqiq şəkildə toxunaraq özünün və komandasının ikinci qolunu vurmuşdu.

DÇ-2022-nin ən yaxşı qolu məlum oldu - FOTO
DÇ-2022-nin ən yaxşı qolu məlum oldu - FOTO
DÇ-2022-nin ən yaxşı qolu məlum oldu - FOTO
  • Sosial şəbəkədə paylaş