Quba-Qusar-Xaçmaz yollarında 69 avtomobilə ziyan dəyib

Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 - 2, 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Bu barədə medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmazda 13 (07.01.23 - 4, 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib”.

Qubada 15 (07.01.23 - 6, 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.
  • Sosial şəbəkədə paylaş