Azərbaycanda karantinlə bağlı xoş xəbər: BU QADAĞALAR LƏĞV EDİLİR

May ayının 1-dən etibarən maska qadağası ləğv edilə, quru sərhədlər isə açıla bilər.

Aciqsoz.az xəbər verir ki, millət vəkili Fazil Mustafa hökümət növbəti yumşaldılma qərarı üzərində işlədiyini açıqlayıb.

Millət vəkili qeyd edib ki, bütün hallarda pandemiyaya nəzarət diqqətdə saxlanılmalıdır. Yoluxmanı artıracaq amillərin qarşısı anında alınmalıdır.

Qeyd edək ki, Baş Nazirin qərarı ilə sonuncu dəfə xüsusi karantin rejmi may ayının 1-ə qədər uzadılıb.
  • Sosial şəbəkədə paylaş