Rusiya ordusu Kiyevə raket zərbələri endirdi

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

UNİAN-a "RBK Ukraina"ya istinadən bildirilir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar "İsgəndər" raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.
  • Sosial şəbəkədə paylaş