Siyəzəndəki ağır qəzada ölən və yaralananların adları AÇIQLANDI

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və “Opel Astra” markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib.

10:45

Siyəzəndə ağır qəzada ölən müəllimlərin işlədiyi məktəblər məlum olub.

Quba-Xaçmaz Rayon Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzaya düşən “Mercedes-Benz Vito” markalı avtomobildə olan, Bakı və Sumqayıt şəhərindən gələn 7 müəllim Siyəzən rayonu F.Cəlilov adına Məşrif kənd tam orta məktəbi, Ə.Şahbazov adına Dağquşçu kənd tam orta məktəbi və E.Yusifov adına Qozağacı kənd ümumi orta məktəbində çalışırlar.

“Onlardan 2 nəfər hadisə yerində vəfat edib, digər 5 müəllim Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda onlara tibbi yardım göstərilir”.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində yaralananların 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci il təvəllüdlü Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu il təvəllüdlü İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vuqar Məhəmməd oğlu və 1978-ci il təvvəllüdlü Mustafayeva Xanım Nemət qızı olduğu müəyyənləşib.
  • Sosial şəbəkədə paylaş