Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.

Baş prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Sahib İsa oğlu Əliyevin Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
  • Sosial şəbəkədə paylaş