Füzulidə baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polislə bağlı yeni məlumat

Füzulidə baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polislərin adları dəqiqləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.
  • Sosial şəbəkədə paylaş