Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunan tədbirdə əvvəlcə medalçılar mükafatlandırılıb.
Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, xalq artisti Miri Yusifin solo ifası olub.