“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində baş verən hadisə ilə bağlı əraziyə yollanıb”.
Bunu Oxu.Az-a açıqlamasında agentliyin nümayəndəsi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, artıq suyun qarşısı kəsilib:
“Sədrlə yanaşı qurumun tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev və aidiyyəti şöbə müdirləri hadisə yerinə ezam olunublar. Yerli istismar idarələri, texnika və işçi qüvvələr əraziyə gediblər. Artıq suyun qarşısı kəsilib. Yuxarı Qarabağ ən böyük iki magistral kanaldan biridir”.
O qeyd edib ki, sabah fəsadlar hesablanacaq və tədbirlər görüləcək.