Dövlət qurumunun sabiq rəis və işçilərindən milyonluq yeyinti

Azərbaycan Auditorlar Palatası üç sabiq əməkdaşının cinayət məsuliyyətinə cəlb edilməsi barədə açıqlama verib.

Qurumdan mefianın sorğusuna cavab olaraq bildirilib ki, daxili araşdırma zamanı 2018-2023-cü illər ərzində Maliyyə və Texniki Təminat İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib.

Bunu nəzərə alaraq palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib:

“Məsələnin araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tamamlanıb. Cinayət işi müvafiq məhkəmədə baxılmaq üçün təqdim ediləcək”.
  • Sosial şəbəkədə paylaş