Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı daxil edildiyi üçün baş nazir Əli Əsədovun rəhbərliyi ilə hökumət təmsilçiləri müzakirələrdə iştirak edirdilər. Spiker Sahibə Qafarova iclasda hökumətin hesabatının dinləniləcəyini bildirdi və giriş nitqli ilə çıxış etdi.
Baş nazir Əli Əsədov hesabatını təqdim edən zaman bildirdi ki, 2021-ci ildə Azərbaycanın dövlət borcu 7,4 milyard ABŞ dolları təşkil edib. Hökumət başçısının sözlərinə görə, ötən il 12 aylıq inflyasiya 12 faiz təşkil edib. Ümumi inflyasiyanın 60 faizi ərzağın payına düşüb. Baş nazir bildirdi ki, minimum əmək haqqı 250 manatdan 300 manata çatdırılıb, 800 min işçinin maaşı 20 faiz artırılıb: "Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiyalar və müavinətlər artırılıb ki, bu da 3,4 milyon nəfəri əhatə edir. Bu artımlar üçün 2,1 milyard manat nəzərdə tutulub. 2021-ci ildə əlillərə və şəhid ailələrinə 3 mindən artıq mənzil hədiyyə edilib. Həmçinin 44 günlük Vətən müharibəsində şəhid olanların ailələrinə və əlillərə bütövlükdə 55 milyon manatdan çox sığorta ödənişləri edilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədən 354 milyon manat vəsait ayrılıb". Ə.Əsədov bildirdi ki, 2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 35.6 milyard ABŞ dollarına çatıb: “Strateji valyuta ehtiyatları 53 milyard dolları keçərək xarici dövlət borcunu 7 dəfə üstələyib. 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25.4 milyard manat proqnoza qarşı 26 396,3 mln. manat təşkil edib”.
Baş nazir dedi ki, qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür: “Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi diqqətimizdədir. Cənab Prezidentin tapşırığı ilə bütün qurumlar bu prosesə cəlb olunub və çətinliklərə baxmayaraq, zəruri həyata keçirilir”. Hökumət başçısı azərbaycanlıların təxliyəsinin davam etdiyini bildirdi: “Bu gün saat 9-dək təxliyə olunanların sayı 9 min 246 nəfərdir. Proses davam edir”. Ukraynadakı hadisələr səbəbindən nəqliyyat, logistika, qiymət artımı və müxtəlif qadağalarla bağlı problemlərin olduğunu deyən baş nazir qeyd etdi ki, Prezidentin tapşırığına əsasən, bu istiqamətdə qabaqlayıcı tədbirlər görülür: “Ərzaq məhsulları ilə bağlı lazımi ehtiyatlar yaradılıb və əlavə ehtiyatla əlaqədar bütün tədbirlər görülür”. Ə.Əsədov dedi ki, Ukraynada baş verənlər səbəbindən yaranmış maliyyə problemlərinə rəğmən, Azərbaycanın bank və maliyyə sektorunda sabitlikdir, hər hansı problem yoxdur: “Bizim valyuta ehtiyatlarımız kifayət qədərdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, hesabat ilində dünya bazarlarında enerji qiymətləri 77%, qeyri-enerji qiymətləri 20.2%, ərzaq qiymətləri isə 23.1% artıb: “Hesabat ilində ölkəmizdə ÜDM-in 5.6%, Qeyi-neft qaz sektorunun 7.2%, qeyri-neft sənayesinin 18.9%, kənd təsərrüfatı istehsalının 3.4%, qeyri-neft ixracımızın 38.4%, strateji valyuta ehtiyatlarımızın 2.4 mlrd dollar artması, müsbət ticarət saldosunun 12.1 mlrd dolları ötməsi, xarici birbaşa dövlət borcunun 8.7% azalması və ÜDM-in 13.5%-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96%-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”.
Komitə sədri Musa Quliyev dedi ki, Gəncənin ən əsas problemi işsizliklə bağlıdır: “Gəncədə hər il 3,5 - 4 min yeni iş yerinin yaradılmasına ehtiyac var”.
Deputat Vahid Əhmədov baş nazir Əli Əsədova müraciət etdi. Bildirdi ki, Bakı-Quba yolu çox bərbad vəziyyətdədir: “Bu yolla gedib-gəlmək çox qeyri-mümkündür. Mən yolun təmiri ilə əlaqədar müəyyən dairələrlə söhbətlər aparmışam, deyirlər ki, alternativ yol çəkiləcək. Amma alternativ yolun çəkilməsinə xeyli vaxt var. Ona görə də mən sizdən xahiş edirəm ki, müəyyən vəsaitin ayırılmasına və yolun təmir olunmasına göstəriş verəsiniz”.
Deputat Azər Badamov bildirdi ki, Qusar rayonunun cəmi 52 faizi qazlaşdırılıb: “Rayonun 43 faizi qazlaşdırılmayıb. Son illər Qusarın heç bir kəndində qazlaşdırma işləri aparılmayıb. Kəndlərə lazımi qədər odun limiti ayrılmır”.
Deputat Qüdrət Həsənquliyev hökumət üzvlərinin də iştirak etdiyi müzakirələrdə vacib bir mövzuya toxundu. Bildirdi ki, Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə əsasən, ölkədə müəyyən hüquqların məhdudlaşdırılması nəzərdə tutulub, bu da fövqəladə hallarda, müharibə vəziyyətində və sair hallarda mümkündür. “Şükürlər olsun ki, Azərbaycanda belə vəziyyət yoxdur. Amma Azərbaycan vətəndaşları ölkəyə buraxılmır. Baxmayaraq ki, konstitusiyada göstərilir ki, Azərbaycan vətəndaşlarının maneəsiz ölkəyə qayıtmaq hüququ var”, Q.Həsənquliyev bununla bağlı müvafiq addımların atılmasını xahiş etdi.
Q.Həsənquliyev bildirdi ki, biz islahatlar aparmaqla problemlərin həllində ciddi irəliləyişlər əldə edə bilərik. “Ərzaq məhsullarının inflyasiyası 8,1 faiz artıb. Ölkə pensiyalarının pensiyası 302 manatdan 330 manat olub. Bu da yetərli deyil. Artıq Azərbaycan və Ukraynadan pul göndərilməsində də problemlər olacaq, sosial gərginliklər yarana bilər”, - deyən deputat qeyd etdi ki, biz valyuta ehtiyatlarımızın artması ilə öyünməli deyilik, ehtiyatlarımızdan əhali üçün xərcləməliyik.
Qeyri-neft sektoruna 1 milyarddan bir az artıq investisiya qoyulduğunu deyən Q.Həsənqulieyv bildirdi ki, bu, çox kiçik rəqəmdir. “Ölkədə ciddi iqtisadi islahatların həyata keçirilməsinə ehtiyac var”, deputat əlavə etdi.
“Lerikdə 2200 km yol olduğu halda, onun yalnız 120 km-inə asfalt döşənib”. Bunu Milli Məclisdəki müzakirələrdə deputat İqbal Məmmədov söylədi. Deputat hökumətin iştirakı ilə keçirilən iclasda başqa bir problemə də diqqət çəkdi. Bildirdi ki, Lerik və Yardımlı şəhər mərkəzləri arasında 40 km məsafə var. İki rayon arasında normal əlaqənin qurulmasından ötrü 1 ötürücü körpüyə və 4 km-lik yolun asfaltlanmasına ehtiyac var. “Təsəvvür edin ki, Lerik əhalisi Yardımlıya gəlməkdən ötrü 180 km dairəvi avtomobil yolundan - Lerik-Lənkəran-Masallı-Yardımlı - istifadə etməyə məcbur olur”, deyən deputat baş nazirə və hökumət üzvlərinə iki qonşu rayonun əhalisini narahat edən problemin həllini xahiş etdi.
Deputat Naqif Həmzəyev Gəncə sakinləri adından hökumətə müraciət etdi. Bildirdi ki, gəncəlilər işğaldan azad olunmuş ərazilərə, xüsusilə də Şuşaya getmək arzusundadırlar. Odur ki, Gəncə sakinlərinə Bakıya gəlmədən, birbaşa Şuşaya getmək üçün şərait yaradılmasını, bu məqsədlə Gəncə-Şuşa avtobus reyslərinin açılmasını xahiş etdi.
Deputat Sahib Alıyev isə Tərtərdə müharibə dövründə dağıdılmış evlərin tikintisindən narazılıqların olduğunu bildirdi. Dedi ki, rayonda hələ də odun yandırılan 18 məktəb qalır və onların qazlaşdırılması ilə bağlı tədbirlər görməyə çağırdı. Həmçinin tikilən, amma hələ də istifadəyə verilməyən məktəblərlə bağlı suallarını ünvanladı.
Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında hökumətə xitabən bir sıra problemləri sadaladı, Kür çayı ilə bağlı fəlakətli vəziyyətə diqqət çəkdi. Həmçinin ölkədə əlverişli investisiya mühitinin hələ də yaradılmamasından narahatlığını ifadə etdi. “Rusiyada iqtisadi böhran onu göstərdi ki, çoxsaylı azərbaycanlının maliyyə və bank sektoruna qoyduğu sərmayə batdı. Biz niyə iş adamlarına şərait yaratmamalıyıq ki, onlar ölkəyə sərmayə qoysunlar?”- deputat bildirdi. F.Mustafa ardınca hökumətə çağırış etdi: “Azərbaycan hökuməti mütləq maliyyə amnistiyası verməlidir, bununla yanaşı, mülkiyyət, əmlak amnistiyası verilməlidir. Hazırda yüz minlərlə vətəndaş hökumətin qanunsuz saydığı mülklərə sahibdir”.
Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib YENİLƏNİB-2 - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Deputat Sabir Rüstəmxanlı hökumətin hesabatının müzakirəsi zamanı söz alaraq narazılığını çatdırdı. Dedi ki, büdcə müzakirələrindən fərqli olaraq, hökumətin hesabatı üçün bir gün vaxt ayrılır. Bu zaman da bəzi rayonların problemləri səslənir, digərlərininki yox. “Təəssüf ki, bizim bu tribunadan başqa imkanımız yoxdur. Edilən zənglər etinasızlıqla qarşılanır. Zəng edəndə deyirlər ki, sizi axtaracağıq, amma aylarla gözləyirik, axtaran olmur”. S.Rüstəmxanlı müzakirələrə də iradını bildirdi: “Burada hökumət bizə hesabat verməli olduğu halda, biz hökumətə hesabat veririk”.
Deputat Tahir Kərimli Milli Məclisdəki çıxışında baş nazirə müraciətlə məmurlardan şikayətləndi: “Bəzən şöbə müdirinin müavini səviyyəsində bizə cavab verirlər, belə olarmı?” Ardınca deputat seçicilərin problemlərindən danışdı. “Ağsu dolaylarının açılması 2023-cü ilə qalıb, yenə də ümid edək ki, o vaxtadək yol açılacaq”. Daha sonra T.Kərimli şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı maneənin aradan qaldırılması, Nazirlər Kabinetinin qaydalara düzəliş etməsini xahiş etdi. Deputat kəndlərdə həkim, xarici dil müəllimlərinin çatışmadığını söylədi. “Elə problemlər var ki, 7 ildir mən deyirəm düzələcək. Elə olsun ki, biz heç olmasa hüzür məclisinə getməyə, onlarla üz-üzə oturmağa üzümüz olsun”, deputat əlavə etdi.
Deputat Vüqar Bayramov baş nazirə müraciətlə Füzuli rayonu Böyük Bəhmənli kəndində Şəhidlər Parkının yenidən qurulması ilə bağlı dəstək olmasını xahiş etdi.
Deputat Musa Qasımlı dövlət vəsaitlərini qənaətlə istifadə etməyə, hər sentin qədrini bilməyə çağırdı. Həmçinin o, seçildiyi 72 saylı seçki dairəsinin problemlərindən bəhs etdi. Bildirdi ki, Yardımlı və Masallının bir çox kəndlərində təbii qaz yoxdur, bu da meşələrin sürətlə qırılmasına, su ehtiyatlarının yoxa çıxmasına gətirib çıxarıb: “Keçən il Yardımlıda bir çox ailələr suyu maşınla aldılar. Belə olan halda əhali şəhərlərə köçür, kəndlər boşalır”.
Deputat Razi Nurullayev Rusiya-Azərbaycan quru sərhədində yüzlərlə soydaşımızın çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşadığını söylədi: “Soydaşlarımıza bu münasibət ölkəmizin nüfuzuna ziyandır, vətəndaşlarımızın ləyaqətinin aşağılanmasıdır. Hər bir Azərbaycan vətəndaşına ləyaqətli münasibət ölkəmizin başucalığıdır. Cənab baş nazir, sizdən quru sərhədlərinin açılması və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm”.
Müzakirələrin yekununda baş nazir deputatların qaldırdığı məsələlərə münasibət bildirdi və hesabat qəbul edildi.