Azərbaycanın xarici dövlətlərdə səfirləri vəzifəsindən geri çağırılıb, yerinə təyinat olub

Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

President.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər Sərəncamla Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

President.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.


Dövlət başçısının imzaladığı digər Sərəncamla Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
  • Sosial şəbəkədə paylaş