Prezidentin köməkçisindən Qarabağın erməni sakinləri ilə bağlı AÇIQLAMA

“Azərbaycan antiterror əməliyyatı zamanı dünyaya bir daha nümayiş etdirib ki, mülki əhaliyə qarşı hər hansı zorakı addım olmayıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin köməkçisi ermənilərin Qarabağdan getməsinə də münasibət bildirib:

“Biz insanların sərbəst keçid azadlığını tam şəkildə təmin etdik. Qarabağda qalan ermənilərin hüquqları və yaşam şəraiti isə Azərbaycan tərəfindən təmin olunur”.
  • Sosial şəbəkədə paylaş