Britaniyalı nazir Azərbaycanda minatəmizləmə üzrə ekspertlər ilə görüşüb

Minalarla mübarizə Azərbaycanla əməkdaşlığımızın çox vacib hissəsidir”.

Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində minatəmizləmə üzrə ekspertlər ilə görüşüb:

“Minalarla mübarizənin əhəmiyyəti və bu sahədə Böyük Britaniyanın Azərbaycana dəstəyini müzakirə etdik”.
  • Sosial şəbəkədə paylaş