Monteneqronun baş nazirindən ÇAĞIRIŞ

“Biz beynəlxalq universal dəyərlərə hörmət etməli və sülhə, təhlükəsizliyə töhfə verməliyik”.

Bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında Monteneqronun Baş naziri Dritan Abazoviç deyib.

O bildirib ki, aqressiya, zorakılıq qəbuledilməzdir.

“Bu gün qlobal məkanda güclü əməkdaşlığa ehtiyac var. Bizim Azərbaycanla yaxşı əlaqələrimiz var. Bizim ölkələr həmişə universal dəyərlərə hörmət edirlər”, - deyə o əlavə edib.

Baş nazir bildirib ki, Qoşulmama Hərəkatı böhranların həll yolunun tapılması üçün müzakirələr platforması təklif edir.

O, Azərbaycanın Hərəkat çərçivəsindəki təşəbbüsləri dəstəklədiklərini də vurğulayıb.
  • Sosial şəbəkədə paylaş