Şərur rayonunun Xələc kəndində məscid istifadəyə verilib

Şərur rayonunun Xələc kəndində yeni məscid istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli məscidin həm “Heydər Əliyev İli” çərçivəsində, həm də belə bir əlamətdar gündə istifadəyə verilməsinin böyük rəmzi məna daşıdığını qeyd edib.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyev hər zaman islami dəyərlərə hörmət və ehtiramla yanaşıb.

Məscidləri, dini ziyarətgahlarımızı qoruyub, dini-mənəvi dəyərlərimizi yaşadaraq inkişafına xüsusi diqqət göstərib. S.Sayidəhmədli diqqətə çatdırıb ki, Xələc kənd məscidində yaradılan şərait milli-mənəvi dəyərlərimizin qorunmasının Prezident İlham Əliyevin ciddi diqqət mərkəzində olmasının əyani sübutudur.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, ziyarətgah və tarixi abidələr inşa edilib və ya bərpa olunub.
  • Sosial şəbəkədə paylaş