
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf, sahibkarlığa dövlət dəstəyi və ölkədəki əlverişli işgüzar mühitdən yararlanaraq, uğurlu biznes quran iş adamlardan biri Samir Hətəm oğlu Omarovdur.
O, Gürcüstanda anadan olub. Azərbaycan Neft Akademiyasını bitirib. Bir neçə il mebel istehsalında, Embawood şirkətində çalışıb. Sonra pərdə və müxtəlif ev tekstilinə artan tələbatı nəzərə alaraq, həmin istiqamətdə fəaliyyətini davam etdirməyə qərar aldı.
2018-ci ildə Samir Omarov "Pərdə Evim" adı altında şirkət yaratdı. Bu gün şirkət rəqabətə tab gətirərək, çalışdığı sahədə qabaqçıl mövge tutur. Qısa müddətdə müştərilərin razılığını və etibarını qazandı. Вundan ötrü Samir müəllim böyük əmək, vaxt sərf edib, bütün bacarığından istifadə edib.


Şirkətin Ş.Mehdiyev küçəsi və Q.Qarayev prospektində yerləşən yaxşı əsnas olunmuş iki filialı fəaliyyət göstərir.
Müştərilərə maksimal rahat xidmətlər təklif olunur: ünvanda ölçülərin götürülməsi, dizayn xidməti, kataloqla yerində seçim, pərdə və yataq örtüklərinin tikilişi, çatdırılma və quraşdırılma. Müştəri həm müxtəlif rəng və dizaynda pərdə aksesuarları, karniz seçə bilər.
Sözü gedən sahədə ilk olaraq məhz burda daxili kredit sistemi tətbig olunmağa başlandı.
"Pərdə Evim"-də sərfəli daxili kredit şərtlərlə istənilən pərdəni faizsiz alıb, 8 ayədək hissə-hissə ödəmək və həmçinin Birkart, Tamkartla da 6 ayədək taksitlə əldə etmək imkanı var.

İnteryerdəki pərdələr pəncələri yalnız parlaq işığdan və ya evi kənar baxışlardan bağlamaq üçün deyil, bəzən əsas dekorativ detallardan birinə çevrilir.
Gözəl dizayn edilmiş pəncərə istənilən otağı dəyişdirir və interyeri tamamlayır. Pərdələrin köməyi ilə dəb dünyasının ən son tendensiyalarına cavab verərək interyerin əhval-ruhiyyəsini tez dəyişdirmək, onu gözəlləşdirmək mümkündür.
Ona görə müştəri məmnuniyyəti ve güvənini ön planda tutaraq peşəkar komanda işə böyük diqqətlə yanaşır, pərdə və tekstilin səliqəli və düzgün tikilişi, catdırılması, quraşdırılmasın incəliklərinin dəqiqliklə yerinə yetirir. Belə ki, işin həcmindən ve ölcüsündən asılı olmayaraq evin dizaynını onlara etibar etmək olar.
Pərdə parçaları zəngin çeşiddə aparıcı xarici istehsalçılardan gətirilir və hər zövqə uyğundur. Parçalar yalnız gözəl görünüşə yox, həm də davamlı fiziki xüsusiyyətlərə malikdir.
Söhbət əsnasında şirkət rəhbəri ölkədə biznes üçün yaradılan münbit şəraiti qeyd etdi. O, dedi: "İşimizə heç kim müdaxilə etmir, maneçilik törətmir. Dövlətlə sahibkarlar arasında tərəfdaşlığ və əməkdaşlığ həyata keçirilir.

Hal-hazırda ölkədə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması işimizdə uğur qazanmasına yol açır."
Nümunəvi fəaliyyətə görə "Pərdə Evim" MMC bir neçə dəfə mükafatlandırılıb, o cümlədən, şirkət türk qardaşlarımızın təsis etdiyi "Altın Günəş" mükafatına layiq görülüb.

2022-ci ilin iyun ayında isə göstərdiyi yüksək keyfiyyətli xidmətə və dövlət siyasətini sədaqətlə və ləyaqətlə dəstəklədiyinə görə Samir Omarov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan Bayrağı" fəxri media diplomu ilə təltif edilmişdir.
Laureatı təbrik edirik!
Şirkətin instagram səhifəsi:
perdeevim.az
+99455 349 44 48
+99450 504 04 46


