Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Azərbaycan Ukrayna xalqına növbəti humanitar yardım göndərib.

Humanitar yardım ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarətdir. Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.
  • Sosial şəbəkədə paylaş