Nazir: “Bu il 10 mindən çox şəxsin təhsil kreditindən yararlanacağı proqnozlaşdırılır”

"Bu il 10 mindən artıq vətəndaşın tələbə kreditindən yararlanacağını proqnozlaşdırırıq".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, digər bir istiqamət Təhsilin İnkişafı Fondunun yaradılması idi.

“Bu, maliyyə sahəsində çevikliyin təmin olunmasına imkan yaradıb. Biz bu fond vasitəsilə bu ildən müxtəlif böyük layihələrin icrasına başlayacağıq”,- deyə nazir əlavə edib.
  • Sosial şəbəkədə paylaş