Bakının bir rayonunda su kəsiləcək

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindən keçən magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün rayonun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
  • Sosial şəbəkədə paylaş