Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilərin heç bir xərc çəkməmələri təklif edilir.
Medianın məlumatına əsasən, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.
Layihədə bildirilir ki, “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.
Qeyd olunur ki, Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb.
Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunur.