Xankəndi-Laçın yolunda sülhməramlıların 54 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 5 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 54-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
  • Sosial şəbəkədə paylaş