I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu gün “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri həyata keçirilib.
Səfər çərçivəsində iştirakçılar Şuşa şəhərində işğal dönəmində erməni vəhşiliyinin nəticəsi olan dağıntılarla tanış olublar. Onlara işğaldan sonra ötən müddət ərzində şəhərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və qısa müddətdə burada aparılan quruculuq-abadlıq işləri barədə məlumat verilib. İtkin düşən şəxslərin ailə üzvləri, həmçinin bu günlərdə Şuşa həbsxanası ərazisində aşkarlanan toplu məzarlığı ziyarət ediblər.
Daha sonra Şuşa qalasında olan səfər iştirakçıları orada xatirə şəkili çəkdirib, daha sonra isə əsaslı təmirdən sonra istifadəyə verilən Yuxarı Gövhər Ağa Məscidini ziyarət ediblər və orada namaz qılıblar.
Səfər zamanı Azərbaycanın dahi sənətkarı Bülbülün ev muzeyi də ziyarət olunub. Burada Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş Bülbülün həyat və yaradıcılığı barədə məlumat verilib.
Səfər iştirakçıları yekunda Cıdır düzündə olublar.