Füzuli şəhərində daha 21 ailəyə evlərinin açarları təqdim olunub

Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb.

AZƏRTAC xəbər verir ki, Füzuli şəhərinə çatan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 165 ailə olmaqla, 602 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
  • Sosial şəbəkədə paylaş