Zibilxanaların yanından keçərkən hamımız burnumuzu tutur, üfunət iyini hiss etməmək üçün oradan sürətlə ötürük. Lakin elə insanlar da var ki, gününün 9-10 saatını zibilqablarını eşələməklə keçirir. Çünki çörək pulunu məhz zibillərdən çıxarır. Elə həmsöhbətim Rövşən Hüseynov kimi.
Rövşənin 50 yaşı var, dediyinə görə, 3-4 ildir ki, Sumqayıtda zibilxanalardan yığdığı əşyaların hesabına dolanır. O, hər gün belə məkanlara baş çəkir, pula gedən nə varsa toplayır və onları təhvil verərək çörəkpulu qazanır:
"Sumqayıtda "dejurni" adlanan yerdə yaşayıram. Mən hər gün zibilxanaları gəzirəm. Plasmas, "hell", şampun qabı, "karniz", miss, alüminium... nə oldu yığıram. Miss, alüminium yaxşı pula gedir. Amma hər deyəndə onları tapmaq olmur".
Rövşən deyir ki, əvvəllər sürücülük edib. Hətta iddia edir ki, yanğın söndürmə ilə məşğul olub və bölmə komandiri imiş. Lakin sonradan 8- 9 ay maaş ala bilmədiyi üçün oradan uzaqlaşıb və şəxsi işini qurub. Təəssüf ki, bu işdə də bəxti gətirməyib:
"Rayonlara maşın yağı aparıb satırdım. Bununla bağlı iş qurmuşdum. Lakin sonradan dollar qalxdı, qoyduğum pul batdı, ziyana düşdüm, işim alınmadı. Sonralar da iş tapa bilmədim. Hara getdimsə, dedilər yaşın 36-nı keçib. Yaşım 36-nı keçibsə, deməli, mən ölməliyəm? Mən nə qədər ondan-bundan pul, siqaret istəyim?"
Həmsöhbətimiz bildirir ki, Qarabağ veteranıdır. O, Birinci Qarabağ müharibəsində iştirak edib və iki dəfə yaralanıb:
"1993-cü ildə müharibəyə qatıldım, 1997-ci ildə qayıtdım. Tərtər, Füzuli, Ağdam və Ağdərədə döyüşmüşəm. 80 manat veteran pulu alıram. Bununla gəl arvad-uşaq saxla".
Rövşən ailəlidir. Deyir ki, 14 yaşında oğlu var. Lakin maddi vəziyyətinə görə, o, ailəsi ilə birlikdə yaşamır. Övladına qayınanası baxır:
"Çoxlu əşya yığa bildiyim gün pulum da çox olur. Yığa bilməyəndə isə pulsuz qalıram. Həmin gün zibilxanadan qida götürüb yeyirəm. Marketlər gətirib bura tökürlər. Biz də onları götürüb yeyirik. Marketlər məhsulları əzib bura tökürlər. Onu bura tökməkdənsə ucuz versinlər, kasıb da alıb dolansın da".
Həmsöhbətimiz işsizliyə görə sosial müavinət də almır. Gəlir yeri aldığı 80 manat veteran pulu və bu zibilxanalardır:
"Evim yoxdur. Yataqxanada kirayədə qalıram. Zibilxanada işləməklə ev almaq olar? Əvvəllər valideynlərimlə birlikdə qalmışam. Ailəm məndən utanır. Ona görə də birlikdə yaşamırıq. Mən tək qalıram. Mənim kimi bu işlə məşğul olan çoxdur. Sumqayıtın demək olar ki, yarısı zibil yığır. Gündüzlər qadınlar, gecələr isə kişilər zibilxanaları eşələyir. Çünki kişilər gündüzlər zibil yığmağa utanır, gecələr isə heç kim görmür.
Bunun hər dəqiqəsi çətindir də. Camaat zibilxananın yanından keçəndə burnunu tutur. Amma mən içində oturub rahat işləyirəm.
İşimi qurtarandan sonra gedib 3-4 dəfə yuyunub, çiməcəyəm. Daha sonra isə spirtlənəcəyəm. Bu gün gecədən səhər saat 9-a qədər işləyəcəm. Düşünürəm ki, bugünkü gəlirim 6-7 manat olacaq. Ona da 2 qutu siqaret, bir çörək, bir manatlıq da sosiska-yumurta alacağam".
Sonda Rövşənin əlaqə nömrəsini soruşuram, cavabı isə belə olur:
"Telefonum olsaydı, əməlli-başlı kişi olardım. Heç televizorum da yoxdur. Nə televizor, heç radiom var ki?”
Bu yerdə Mirzə Ələkbər Sabirin bu beyti yada düşür:
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.
Şahanə Rəhimli
Musavat.com
Whatsapp kanalımıza abunə olun
Telegram kanalımıza abunə olun
Facebook səhifəmizə abunə olun
Müştəri deyir 20 manata alıram, satıcı isə... - Bal yarmarkasından REPORTAJFOTO
10104 15.09.2024 13:14 A A
İLK YAYIM SAATI: 10:00
“Xanım, ay xanım, bir dənə baxarsız?” “Ay gözəl, gəl bir dadına bax!”, “Almasan da, dadına bax, gör necə gözəl baldır?!”
Ənənəvi bal yarmarkasında ənənəvi müştəri cəlb etmə cümlələri...
Bakıda növbəti bal yarmarkası açılıb. Sentyabrın 29-a qədər davam edəcək yarmarka bu il də eyni ünvanda təşkil olunub - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi (“Gənclik” metrostansiyasının yaxınlığı).
Bakıda Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu artıq arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasıdır.
Hər arıçı maksimum 400 kq bal və 30 ədəd arı şanı satışa çıxara bilib. Lakin hər il olduğu kimi, digər arıçılıq məhsulları da az deyil.
Piştaxtalar arasında gəzdikcə maraqlı dizaynlar diqqət çəkir. Arıçılar uzun yoldan gətirdikləri məhsulları satmaq üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Alıcıları şirin dillə cəlb edənlər az deyil. Bəzi arıçılar isə müasir dövrün tələblərinə uyğun olaraq brend yaratmağa çalışırlar. Məsələn, “Balçı”, “Bir Laçın brendi” kimi adlar diqqətimizi çəkdi. 4 cərgə piştaxtalarda o qədər çox məhsul var ki, yarmarkada ən azı 1 saat gəzmək gərəkir. Təbii ki, bal yalnız etibar etdiyin satıcıdan alınan məhsullardandır. Lakin təcrübəli arıçı müştəriyə dolğun məlumat verməyi bacarırsa, bu, az da olsa, inam yaradır.
Arıçılarla söhbətimizdə onlar bildirdilər ki, hər il olduğu kimi, məhz bal almaq üçün gələnlər çoxdur. Amma arıların min dərdə çarə digər faydalı məhsullarından xəbərdar olanlar da var.
İlk həmsöhbətimiz təcrübəli arıçı Hikmət Əliyevdir. O, yarmarkada övladları ilə birgə iştirak edir:
“Bu il 5 növdə 300 kiloqram bal gətirmişəm. Biyan balı, Lerik (Zuvand) balı, Hadrutdan 1-ci və 2-ci süzüm və Tuğ balı gətirmişəm. Çiçək tozu, güləm, propolis şamları, mum güvəci cövhəri, arı cövhəri, ballı alma sirkəsi, varikoz əleyhinə maz kimi məhsullar da satıram. Biyan balının bir kilosu 20 manata, Qarabağ balı 30 manata satılır. Qarabağ balının maya dəyəri bir qədər yüksək olsa da, endirim etməyə çalışıram. Çiçək tozunun 100 qramı 5 manat, güləmin 70 qramı 10 manatdır. Propolis şamının kiloqramı 100 manatdır. Biri isə 1,20 AZN-dir”.
H. Əliyev balın keyfiyyətini yoxlamağa çalışan müştərilərə məsləhət verdi:
“Kimi balı süzmək, kimi yandırmaq istəyir, digəri yod tökür, halbuki yod ancaq suya qatılandan sonra kraxmalı göstərir. Bütün bunlar təsdiqini tapmayan üsullardır. Balı yalnız güvəndiyin arıçıdan almaq məsləhətdir, bir dəfə alıb yoxladıqdan sonra əmin olmaq olar. Balın əsl keyfiyyəti laboratoriya nəticəsinə görə müəyyən edilə bilər. Ən azı müşahidə etmək olar. Mən 2006-cı ildən yarmarkada iştirak edirəm, heç vaxt müştəri çağırmamışam. Çeşidim çox, özüm də təcrübəli, məlumatlı arıçı olduğum üçün məhsullarımı sata bilirəm”.
“Balçı” brendi ilə tanınan gənc arıçı Elvin Bayramlı ilə həmsöhbət olduq.
O bildirdi ki, yarmarkaya icazə veriləndən bir qədər az bal çıxarıb, çünki qablaşdırılmış bala maraq azdır:
“İnsanlar bitonlarda satılan bal almağa üstünlük verirlər. Mən isə balı hazır qablaşdırmada satıram. Məhsullarımız keyfiyyətli olduğu üçün endirim az edirəm. Hətta eyni yerdə, müxtəlif arıçılar tərəfindən istehsal olunan ballar fərqli olur. Bunun bir neçə səbəbi var. Birinci səbəb arıların güclü olub-olmaması, yaxşı məhsul götürülməsi, üstəlik, arılara kimyəvi preparatların verilib-verilməməsidir. Bal istehsalı dövründə kimyəvi dərmanlar verilməsi məhsulu zərərli edir. Ən böyük bəlalardan biri arılara şərbət, yemləmə verilməsidir. Bu halda bal kimyəvi cəhətdən təmiz olmur, keyfiyyətsiz, şəkər tərkibli olur. 10-15 manata olan bal aşağı keyfiyyətlidir. Balın qiymətinin bəlli həddi var. Əgər 3-5 kiloqram 20 manatdan az satılırsa, deməli, balın keyfiyyətində problem var. Yalnız topdan satış qiymət bundan ucuz ola bilər”.
Elvin Bayramlı qablaşdırmada satılan balların gigiyenik cəhətdən daha təmiz olmasına diqqət çəkdi:
“Bal çirklənən məhsuldur. Onu yumaq olmaz. Pətək balda problem olmur. Açıq olan bala toz dolur, küləklə birgə başqa yad cisimlər düşür. Sırf xüsusi qablaşdırmada bal satdığımız üçün 300 nəfər arasında bizə “Ən təmiz arıçı” sertifikatı verilib. Düşünürəm ki, bal yarmarkaya qablaşdırılmış şəkildə gətirilməlidir. Bankalar sterilizasiya edilməlidir”.
O ki qaldı qiymətlərə, Elvin Bayramlının arı təsərrüfatı əsasən Ağstafa-Qazax bölgəsində olur. Artıq 2 ildir ki, Kəlbəcər və Laçın bölgələrinə də aparılır.
Arıçı qeyd etdi ki, dağlıq bölgə olduğu üçün zəngin bitki aləmi var:
“Bu da arıların keyfiyyətli bal istehsal etməsi üçün əlverişli mühit deməkdir. Qiymətlər 30,40, 45 AZN arasında dəyişir. Propolisin 30 ml-si 10 manata satılır. Xüsusi 250 ml-lik şüşə qabda satılan bal sirkəsinin qiyməti 10 AZN-dir”.
Artıq iki ildir ki, yarmarkada Qarabağ bölgəsinin balı satılır.
Laçınlı arıçı Kamal Allahverdiyev doğma yurduna köçüb və təsərrüfatını da doğma yurduna aparır. O, yarmarkaya 200 kiloqram bal gətirib:
“Gördüyünüz kimi, xüsusi hədiyyəlik qutular gətirmişəm. Bu qablaşdırmada balın bir kiloqramını 50 manata satıram. Bu, standart qiymətdir. Kimsə balonla alsa, hər kiloqrama 5 manat endirim edirəm. Çiçək tozunun 100 qramı 10 manat, güləmin 100 qramı 15 manatdır. Kosmetik vasitə kimi istifadə olunan mumlar 3 manatdır”.
Qarabağlı arıçı Telman Musayev də 3-cü ildir ki, təsərrüfatını işğaldan azad edilmiş bölgələrə köçürür:
“Mən Füzuli rayonunu təmsil etsəm də, təsərrüfatımı Xocavənd, Hadrut ərazisində saxlayıram. Arıçılıq deyəndə hər kəsin ağlına ilk növbədə bal gəlir, ancaq bal arının ən ucuz məhsuludur. Arı 7 növ məhsul istehsal edir. 300 kiloqram bal, 30 pətək gətirmişəm. Bilikli alıcılar propolis, arı südü kimi məhsullara maraq göstərirlər. Arı südünün qramı 5 manatdır, hər adamın imkanı çatmır. Amma istifadə etsələr, yaxşı olar. Çiçək tozu, propolis, güləmdən daimi istifadə ilə yanaşı, bal qəbulu da faydalıdır. Pətək və süzmə balın kiloqramı 35 AZN-dir. Maddi vəziyyəti nəzərə alaraq Qarabağ balının əlçatan olmasına çalışıram. Adı da Qarabağ balıdır, özü də. Addan istifadə etmək olmaz! 5 kiloqamdan artıq alana endirim edirəm. 500 ml-lik bal sirkəsinin qiyməti 11 manatdır”.
Alıcılarla da söhbətləşdik.
Müşahidə etdik ki, kimi balın rənginə fikir verir, kimi qoxulayır, kimi də dərhal dadına baxır.
Azər Abdıyev dedi ki, əsasən balın qoxusuna fikir verir:
“Ya Gədəbəy, ya da Daşkəsən bölgəsinin balını almağı düşünürəm. Bu bölgədən gətirilən balın qeyri-adi iyi olur. Hadrut balının qoxusu məni cəlb etdi. Dadını bilməsəm də, maraqlandım”.
Səidə Əliyeva isə yarmarkaya hər il gəldiyini dedi:
“Çiçək balına üstünlük verirəm, ən çox xoşuma gələn bal qaymağıdır. Əsasən Zaqatala bölgəsinin balını alıram. Təmiz bal bahadır. Kiloqramı 20 manata bal ala bilirəm”.
Yarmarkaya ilk dəfə gələnlər də var.
Ülviyyə Abdullayeva uzun illər Rusiyada yaşadığı üçün Azərbaycan istehsalı balın dadına və digər arıçılıq məhsullarına çox bələd deyil.
O, yarmarkaya yerli məhsullarla maraqlanmaq üçün gəlib:
“Güləm çox faydalıdır, çox istifadə edirəm. Balın qaymağını da xoşlayıram. Allergiyam olduğu üçün baldan çox istifadə edə bilmirəm. Arı südü ilə də maraqlanıram. Büdcəmə uyğun olsa, bir neçə arı məhsulu almağı düşünürəm”.
Yarmarkada 39 rayondan 275 arıçı iştirak edir. Məhsul bol, çeşid bol! Odur ki, fürsəti dəyərləndirə bilərsiniz!
Nigar HƏSƏNLİ
FOTOLAR müəllifindir,
Musavat.com
Instagram kanalımıza abunə olun
Telegram kanalımıza abunə olun
Facebook səhifəmizə abunə olun
"Kitab oxuyacam, dərs keçəcəm, işləyəcəm!" - Bakı sakinlərinin COP29 tətil planları
732 12.09.2024 20:00 A A
Məlum olduğu kimi noyabrın 11-dən 22-dək Bakıda möhtəşəm COP29 tədbiri keçiriləcək. Tədbirə görə ölkəmizə 100.000 turistin gələcəyi gözlənilir. Buna görə də təhsilin distant keçirilməsi, toyların təxirə salınması, iş rejiminin məsafədən olması ilə bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Artıq bəzi turizm şirkətləri elan edirlər ki, COP-29 günlərində Bakıda qalmamaq üçün tur paketlərinə müraciət edənlərin sayı xeyli artıb. Hətta həmin dövr üçün tur paketlərini "COP-29 tətili" adı altında təklif edənlər də var.
Bəs digər Bakı sakinlərinin COP29 tətil planları nədir?
TV Musavat-ın əməkdaşları bu sualla paytaxt sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
Instagram kanalımıza abunə olun
Telegram kanalımıza abunə olun
Facebook səhifəmizə abunə olun
"Ermənistan bizim xeyrimizə sülh imzalayacaq!" - Paytaxt sakinləri DANIŞIR
1116 11.09.2024 19:17 A A
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verərək bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb, qalan 16 maddədən üçü isə qismən razılaşdırılıb.
Erməni deputat Hayk Mamicanyan isə belə bir iddia irəli sürüb ki, sülh müqaviləsində sərhədlərin demarkasiyası, həbsdə olan erməni seperatçılarının qaytarılması, həmçinin Azərbaycan qoşunlarının sərhəddən çıxarılmasına dair heç nə yoxdur, nəqliyyat qovşaqları isə Azərbaycanın xeyrinə həll ediləcək. Mamincanyan onu da əlavə edib ki, bu, Ermənistanın tam əleyhinə olan sənəddir.
Bəs, vətəndaşlarımız sülh müqaviləsinin şərtlərindən hansı gözləntiləri var?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Xalidə Gəray,
Musavat.com
Instagram kanalımıza abunə olun
Telegram kanalımıza abunə olun
Facebook səhifəmizə abunə olun
"Cəzalarını son günə qədər CƏKƏCƏKLƏR!" - Bakı sakinləri həbsdəki separatçılara OD PÜSKÜRDÜ
384 09.09.2024 19:12 A A
Noyabr ayında Bakıda keçiriləcək möhtəşəm COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların “qaçırılması ssenarisi” üzərində müzakirələr aparır.
Ümumiyyətlə, Ermənistanda bu mövzu son dövrlər intensiv şəkildə gündəmə gətirilir.
Təbii ki, burada "qaçırılma planı” dedikdə beynəlxalq təzyiq nəzərdə tutulur. Hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir.
Bəs Azərbaycan beynəlxalq təzyiqlərə görə həmin seperatçıları azad etməli, yoxsa bütün bunlara əhəmiyyət verməyərək, öz yoluna davam etməlidirmi?

Saray körpüsü uçma təhlükəsi ilə üz-üzə: Əhali dua edə-edə yolu keçir – Videoreportaj
1098 09.09.2024 19:07 A A
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təhlükəli vəziyyət hələ də davam edir. Neçə ildir ki, bir hissəsində yaranmış çatlara görə körpü uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Oradan keçən avtomobillər böyük risk altında hərəkət edirlər. Maşınların keçidi zamanı körpünün silkələndiyi aydın hiss olunur. Hətta sürücülər maşınları saxlamasın deyə həmin hissədə işıqforun fəaliyyəti dayandırılıb.
Saray sakinlərinin sözlərinə görə, orada risk hər ötən gün bir az da artır. Vətəndaşlar həmin yolu xüsusi həyəcanla keçir.
“Azyaşlı övladlarımız avtobusla həmin hissədən keçirlər. Hər gün dua edirik. Hər şey ola bilər. Olacaq bir dəfə olur”,- deyə sakinlərdən biri bildirir.
Saraylıları ən çox narahat edən ağır çəkili yük maşınlarının həmin hissədən keçididir.
“Yolun yük maşınlarına tab gətirəcəyinə əmin deyilik. Ağır çəkili avtomobillər keçəndə deyirik ki, indicə körpü uçacaq”.
Sakinlər deyir ki, hər dəfə yamaq vurmaqla aidiyyəti orqanlar vəziyyətdən çıxırlar. Ancaq körpünün bir yolluq təmiri hələ də ləngiyir
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Bildirildi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib. Yaxın günlərdə körpüyə yenidən kompleks baxış keçiriləcək və qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı müvafiq rəy hazırlanacaq. Rəyin cavabına uyğun olaraq körpüdə tədbirlər görüləcək.
Yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında bildirib ki, yollarda, körpülərdə, ötürücülərdə təhlükəli vəziyyət varsa, mütləq müayinə aparılmalı və bu təhlükə vaxtında aradan qaldırılmalıdır. Sürücüləri risk qarşısında qoymaq olmaz.
“Xeyli müddətdir Saray körpüsündə təhlükə barədə məlumat yayılsa da rəsmi olaraq fikir bildirilmir. Biz hələ də bilmirik ki, orada təhlükə var, yoxsa yoxdur. Vizual görünən təhlükədir, yoxsa dərindən araşdırmalıdır. Nə dərəcədə risk var. Saray körpüsü sökülüb yenidənmi tikilməlidir, yaxud hansısa cari təmirlə aradan qaldırmaq mümkündür. Bu barədə məlumat olmadığına görə bizim üçün də konkret fikir bildirmək çətindir. FHN, AYNA mütləq ərazini nəzarətə götürməli və təhlillər aparılmalıdır”.
Şahanə Rəhimli
Musavat.com
Instagram kanalımıza abunə olun
Telegram kanalımıza abunə olun
Facebook səhifəmizə abunə olun
Valideynlər "əl yandırır", satıcılar isə "su qiymətinədir" deyir - Məktəb bazarından REPORTAJ
573 06.09.2024 20:02 A A
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq məktəb forması və məktəb ləvazimatlarının alış-verişinə başlayıblar.
Bəs bazarlarda qiymətlər necədir? Bir şagirdin məktəb bazarlığı təxminən neçəyə başa gəlir? Valideynlər bu qiymətlərdən razıdırlarmı?
TV Musavat-ın hazırladığı videoreportajı təqdim edirik: