Bağdadda ABŞ səfirliyinə PUA hücumu

ABŞ-ın İraqdakı diplomatik missiyasına qarşı növbəti təhlükəli insident qeydə alınıb.

Bağdadda yerləşən ABŞ səfirliyi yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində partlayış baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, səfirliyin yerləşdiyi “yaşıl zona” ətrafında güclü partlayış səsi eşidilib. İlkin məlumatlara əsasən, hücumun PUA vasitəsilə həyata keçirildiyi bildirilir.
  • Sosial şəbəkədə paylaş