Gəlini Van Dammın anasının ad günündən görüntülər paylaşdı

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə qayınatasının valideynlərinin görüntüsünü yayımlayıb.

O, bununla bağlı sosial media hesabında paylaşım edib.

Van Dammın anasının ad gününə qatılan Suada bildirib ki, Eliana Van Varenberq 90 yaşını qeyd edib.

Xatırladaq ki, Kristofer və Suada 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda evləniblər.
  • Sosial şəbəkədə paylaş