Bakı-Quba yolunda “KamAZ” aşıb

Bakı-Quba yolunda “KamAZ” aşıb.

APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş