Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində

İyulun 7-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Fəxrəddin Nəsirovla vida mərasimi keçirilib.

DİN-dən verilən məlumata görə, vida mərasimində Fəxrəddin Nəsirovun ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Vida mərasiminə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da qatılıb.
Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində
  • Sosial şəbəkədə paylaş