Azərbaycanda toy yasa döndü - məclis vaxtından tez bitdi

Şəkidə toyda ölüm hadisəsi baş verib.

Dünən şadlıq sarayında keçirilən toy zamanı bəyin qohumu 1982-ci il təvəllüdlü L.Şıxəliyevanın halı qəfil pisləşib. Belə ki, o oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın oradaca vəfat edib.

Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.

Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.
  • Sosial şəbəkədə paylaş