Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş