Tərtərdə 3 nəfər su kanalında itkin düşüb

Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.
  • Sosial şəbəkədə paylaş